...

Azərbaycan prezidenti DİN-nin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqinda sərəncam imzalayıb

Siyasət Materials 1 İyul 2008 22:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul/ Trend / Azərbaycan prezidenti İlham Əliyev 1 iyul 2008-ci il Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqinda sərəncam imzalayıb.

Beləliklə AR DİN-nin dörd zabitinə polis general-mayoru ali xüsusi rütbəsi verilib: Aslanov Dilqəm Mikayıl oğlu -AR DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinin rəisi, polis polkovniki; Əliyev Nazim Tələt oğlu -AR DİN-nin Katibliyinin rəisi, polis polkovniki; Mirzəyev Sahib Cabbar oğlu -AR

İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis polkovniki; Novruzov Novruz Usub oğlu -AR DİN-nin Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki.

Xəbər lenti

Xəbər lenti