...

Gürcüstan XİN başçısı Rusiyanı Suxumidə nümayəndəlik açacağı təqdirdə adekvat tədbirlərlə cavab verəcəyi barədə hədələyir

Siyasət Materials 2 İyul 2008 12:14 (UTC +04:00)
Gürcüstan XİN başçısı Rusiyanı Suxumidə nümayəndəlik açacağı təqdirdə adekvat tədbirlərlə cavab verəcəyi barədə hədələyir

Gürcüstan, Tbilisi, 02 iyul/ Trend , müxbir N.Kirtsxaliya/ Suxumidə nümayəndəlik açılacağı təqdirdə Gürcüstan tərəfinin reaksiyası adekvat olacaq, - bu gün jurnalistlərə Gürcüstan xarici işlər naziri Eka Tkeşelaşvili bildirib. O, nəyi nəzərdə tutduğunu konkretləşdirməyib.

Tkeşelaşvili Rusiya Xarici İşlər Nazirliyinin Suxumidə nümayəndəlik açmaq niyyətini "biabırçı" adlandırıb.

"Rusiya bu planı həyata keçirsə, bu, bizim suverenliyimizin birmənalı pozulması demək olacaq. Beynəlxalq hüquq adlanan fundamental hüquqa hörmət edən ölkələr özlərini belə aparmırlar", - nazir qeyd edib.

Sürgündə olan qanuni Abxaziya hökumətinin məlumatına əsasən, Rusiya XİN-i gürcü tərəfi ilə razılaşdırmadan Suxumidə nümayəndəlik açmağı planalşdırır.

90-cı illərdə Tbilisidə Moskvanın təzyiqi ilə hökumətin bağladığı Çeçenistan İçkeriya Respublikasının qeyri-rəsmi nümayəndəliyi fəaliyyət göstərirdi.

Xəbər lenti

Xəbər lenti