...

Azərbaycan prezidenti Çexiya, Pakistan və Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Siyasət Materials 4 İyul 2008 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul/ Trend Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4 - də Çexiyanın, Pakistanın və Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

Çexiyanın səfiri Radek Matulan, Pakistanın səfiri Əbdul Həmid və Fransanın səfiri Qabriel Kellerin fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan prezidenti ilə görüşdə səfirlər ölkədə çox böyük inkişafın şahidi olduqlarını bildiriblər. Səfirlər ölkələri ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfələrini verəcəklərini vurğulayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti