Azərbaycan prezidenti bir qrup müəllimi fəxri adla təltif edib
Azərbaycan, Bakı, 07 iyul/ Trend , müxbir E.Babayev/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev təhsil işçilərinə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Kanevskaya Lyudmila, Məmmədova Məhbubə, Rəsulov Şəfaqət, Zeyniyeva Sara fəxri adla təltif ediliblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]