...

Rusiya Azərbaycanla hərbi əməkdaşlığa hazırdır - səfir

Siyasət Materials 8 İyul 2008 13:59 (UTC +04:00)
Rusiya Azərbaycanla hərbi əməkdaşlığa hazırdır - səfir

Azərbaycan, Bakı, 08 iyul/ Trend , müxbir S.Ağayeva/ "Rusiya Azərbaycanla hərbi əməkdaşlığa hazırdır. Lakin hansısa hərbi "oyuncağın" müstəsna olaraq Azərbaycana verilməsi barədə söhbət belə gedə bilməz", - çərşənbə axşamı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib.

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq barədə müqavilə mövcuddur. Azərbaycanın Müdafiə Nazirliyi 50 ölkə ilə əməkdaşlıq edir.

Səfirin sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan münaqişəsi məsələsində həlledici amilin tapılmasında maksimal kömək göstərməyə hazırdır. "Lakin hərbi əməkdaşlıq münaqişənin tənzimlənməsində Azərbaycana hərbi yardımın edilməsi demək deyil", - diplomat qeyd edib.

Ermənistan Azərbaycanın 20% ərazisini - Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. İşğal 1988-ci ildə başlayıb. 1991-ci ilin dekabrnadək Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna edilməklə) Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və  Dağlıq Qarabağ ətrafında yerləşən yeddi rayon işğal edilib. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək sülh danışıqları aparırlar.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir.

Xəbər lenti

Xəbər lenti