...

Moldova prezidenti GUAM-ın sülhməramlı kontingentinin yaradılmasını məqsədəuyğun hesab etmir

Siyasət Materials 8 İyul 2008 15:42 (UTC +04:00)
Moldova prezidenti GUAM-ın sülhməramlı kontingentinin yaradılmasını məqsədəuyğun hesab etmir

Ukrayna, Kiyev, 08 iyul/ Trend , müxbir Z.Novosvitski/ Moldova Prezidenti Vladimir Voronin GUAM  təşkilatı çərçivəsində sülhməramlı kontingentin yaradılmasını məqsədəuyğun hesab etmir. Voronin bu fikri Ukraynanin "Stoliçnıye novosti" qəzetinə (25saylı, 8-15 iyul 2008 ci il tarixli) bildirib.

"Məsələ ondadır ki, GUAM iqtisadi tərtibli deyil. GUAM-a nəyisə qoşmaq barədə fikirləşməyə başladılar. Biz, hər şeydən əvvəl, heç bir hərbi, yarıhərbi təşkilata və ya yarı hərbi təşkilata, heç bir vəchlə getməyəcəyik. Keçən il hansısa qüvvələr sülhməramlı qüvvələr yaratmağı təklif etdilər. Hansı sülhməramlı qüvvələr?!Düşünməyə dəyməz. Çünki bu təşkilat iqtisadi tərtibli deyil",- Voronin deyib.

Onun fikrincə, GUAM çərçivəsində iqtisadi əməkdaşlığın, xüsusilə də neft və  elektrik enerjisinin təminatı sahəsində, güclənməsi bu təşkilatın fəaliyyətinin səmərəliliyini artırmağa imkan verəcək. Moldova prezidenti hesab edir ki,  əsas istiqamət iqtisadi tərtibli, enerji  yönlü olmalıdır. "Azərbaycan - neft, Ukrayna - elektrik enerjisi deməkdir", -o izah edib.

Voronin, eyni zamanda qeyd edib ki, Moldova GUAM-ın tərkibindən çıxmaq barədə düşünmür. "Moldova hakimiyyəti bu məsələni nəzərdən keçirmir. Əksinə, biz GUAM-ın iqtisadi və sosial məsələlərin həll ediləcəyi funksional bir struktur olmasını və bu istiqamətdə işlərin davam etdirilməsini istəyirik", - Moldova prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti