...

Bakı Fond Birjasında QDİ-nin yerləşdirilməsi üzrə hərrac keçirilib

Siyasət Materials 8 İyul 2008 21:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend / 2008-ci il 8 iyul tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10303920S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə birjanın çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Bir investor tərəfindən təqdim olunan sifarişin nominal üzrə ümumi məbləği 1 570 200 manat təşkil edib.

Sifarişlər 94.60% (gəlirlik 11.45%) qiymətdə təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 94.60% (gəlirlik 11.45%) orta ölçülmüş qiymət - 94.60% (gəlirlik 11.45%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 570 200 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 6 yanvar 2009-cu ildir.

Xəbər lenti

Xəbər lenti