...

Azərbaycanın Hərbi Doktrinasının qəbul olunmaması dünyada gedən proseslərlə bağlıdır – birinci vitse-spiker

Siyasət Materials 10 İyul 2008 12:51 (UTC +04:00)
Azərbaycanın Hərbi Doktrinasının qəbul olunmaması dünyada gedən proseslərlə bağlıdır – birinci vitse-spiker

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbirİ.Əlizadə/ Azərbaycanın Hərbi Doktrinasının parlamentdə qəbul olunmasının gecikməsi dünyada gedən proseslərlə bağlıdır.

"Azərbaycanın Hərbi Doktrinası dünyada gedən geosiyasi, siyasi, hərbi, hərbi-siyasi və iqtisadi dəyişikliklərə cavab verməlidir. Ona görə də Hərbi Doktrina təkmil bir sənəd kimi hazırlanmalıdır", cümə axşamı parlamentin yaz sessiysının yekunları ilə bağlı keçirilən mətbuat konfransında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Trend -un arayışı: Azərbaycanın Hərbi Doktrinasının qəbul edilməsi parlamentin yaz sessiyasının gündəliyinə daxil edilmişdi, lakin layihə müzakirəyə çıxarılmayıb.

Əsgərov vurğulayıb ki, Hərbi Doktrinada əsasən Azərbaycanın yerləşdiyi bölgədə mövcüd olan vəziyyətin və cərəyan edən proseslərin əks etdirilməsi vacibdir. Birinci vitse-spiker qeyd edib ki, Hərbi Doktrina parlamentin payız sessiyasında qəbul olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti