...

Rusiyanın hərəkətləri onu münaqişədə rəsmi tərəfə çevirib - Gürcüstan parlamentinin spikeri

Siyasət Materials 11 İyul 2008 15:24 (UTC +04:00)
Rusiyanın hərəkətləri onu münaqişədə rəsmi tərəfə çevirib - Gürcüstan parlamentinin spikeri

Gürcüstan, Tbilisi, 11 iyul/ Trend , müxbir N.Kirtsxaliya/Rusiya öz hərəkətləri və RF XİN-nin dünənki bəyanatı ilə münaqişədə rəsmi tərəfə çevrilib, - cümə günü Gürcüstan parlamentinin növbədənkənar iclasında spiker David Bakradze bildirib.

їBu misli görünməmiş addımdır. Rusiya nümayiş etdirdi ki, o, dünya ictimaiyyətinin rəyini rədd edirї, - parlament başçısı əlavə edib.

Gürcüstan parlamentinin növbədənkənar iclası RF-nın Gürcüstana qarşı etdiyi son təxribat yönlü əməllərin müzakirəsi ilə başlayib. Deputatlar arasında düzəlişdən sonra parlamentin bu gün təsdiq edəcəyi bəyanatın mətni yayılıb.

Bəyanatda RF-nin Gürcüstana qarşı son təxribat yönlü əməlləri - əlavə Rusiya hərbi kontingentinin göndərilməsi, Vladimir Putinin 16 aprel tarixli sərəncamı, gürcü-osetin münaqişəsi zonasında Rusiya hərbi təyyarələrinin ölkənin hava məkanını pozması və bu faktın RF XİN-nin tanıması öz əksini tapıb.

Gürcüstan parlamentinin bəyanatı təsdiq edildikdən sonra BMT-yə, ATƏT-ə, Avropa İttifaqına, Gürcüstanın tərəfdaş və dost ölkələrinə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti