...

Bu gün Konstitusiya Məhkəməsinin yaranmasından 10 il ötür

Siyasət Materials 14 İyul 2008 00:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend / Azərbaycanın tarixində ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi - 14 iyul 1998-ci ildə yaranıb.

12 noyabr 1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi ilə əlaqədar bu məsələ tam həll edilib, Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Milli Məclis tərəfindən 14 iyul 1998-ci ildə seçilmiş 7 nəfər hakimdən ibarət tərkibdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz fəaliyyətinə başlayıb.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi digər məhkəmə hakimiyyəti orqanları kimi qanunverici və icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyət göstərir, lakin öz səlahiyyətləri çərçivəsində müstəqildir. Bununla bərabər onun hüquqi statusu bir sıra xüsusiyyətlərlə fərqlənir. Azərbaycanın Konstitusiyası və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında" Qanun məhkəmənin statusunu, onun səlahiyyətləri və fəaliyyət qaydalarını müəyyən edir. "Konstitusiya Məhkəməsi haqqında" Qanun və Konstitusiya Məhkəməsinin özü tərəfindən təsdiq edilən Daxili Nizamnamə Konstitusiya mühakiməsinin qaydalarını müəyyən edir.

Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Konstitusiyasının aliliyi, ədalət, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur. Konstitusiya

İyulun 14-də Konstitusiya Məhkəməsinin doqquz hakimindən altısının, yəni 1998-ci ildə təyin olunmuş ilk heyətin 10 illik hakimlik dövrü başa çatır. Milli Məclis "Konstitusiya Məhkəməsi haqqında" qanuna əlavə və dəyişiklikləri qəbul edib. Həmin dəyişikliyə görə, Konstitusiya Məhkəməsinin hakimləri səlahiyyət müddəti bitdikdən sonra da yeni hakim təyin olunana qədər vəzifələrini icra etməyə davam edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti