Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir T.Cəfərov/ "İran xalqı özünün tarixi və böyük nüvə texnologiyasını əldə etdiyi üçün, heç kəsə minnətli deyil, çünkü bu texnologiya yerli texnologiyadır və İran gənclərinin zəhməti və İran rəsmilərinin müdrikliyi ilə əldə olunub" - deyə İranın Ali dini rəhbəri Ayətullah Əli Xamenei çərşənbə günü birinci imam Həzrət Əlinin (ə) mövludu münasibəti ilə çıxışında bildirib. Bu haqda İranın "Mehrneüs" agentliyi məlumat yayıb.
Ayətullah bildirib ki, nüvə texnologiyası İran xalqına aiddir və heç bir qüdrət bu texnologiyanı bu xalqdan ala bilməz.
İranın Ali dini rəhəbiri İranın Avropa ilə müzakirəyə razı olduğunu bildirib. O ələvə edib ki, müzakirələr təhdidlərə son qoyulanadək davam edəcək. "Avropalılar bilməlidirlər ki, onların müzakirədə tərəfdaşı İran xalqıdır və İran xalqı qeyrətli bir xalqdır və hədələnməkdən xoşlanmır." - deyə Ayətullah Xamenei bildirib.
Müəllif ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]