...

İranın Daxili İşlər Nazirliyi Amerikanın Tehranda açılacaq diplomatik ofisini qorumağa hazırdır

Siyasət Materials 21 İyul 2008 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir T.Cəfərov / "Biz amerikalı dimlomatların təhlükəsizliyini təmin etməyə hazırıq", - deyə İranın daxili işlər nazirinin təhlükəsizlik üzrə müavini Abbas Möhtac bildirib.

Möhtac Almaniyaya 3 günlük səfəri zamanı "Faynenşal taymz" qəzetinə müsahibəsində bildirib ki, Amerikanın diplomatik ofisi Tehranda fəaliyyətə başladığı zaman, bu ölkənin diplomatlarını heç bir təhlükə gözləmir.

O əlavə edib ki, İran həmişə Amerika ilə əlaqələrin genişlənməsinin tərəfdarı olub və Amerikanın Tehranda diplomatik ofisin açılması ilə bağlı rəsmi müraciətini gözləyir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti