...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 22 İyul 2008 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul/ Trend , müxbir C.Babayeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 21-də saat 17.15-dən 17.30-dək, 19.40-dan 19.55-dək və saat 21.40-dan 21.50-dək Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonu Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, saat 21.25-dən 21.35-dək və iyulun 22-də saat 03.10-dan 03.15-dək,  05.50-dən 05.55-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.45-dən 23.50-dək və iyulun 22-də saat 00.35-dən 00.50-dək, 05.50-dən 06.00-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 00.30-dan 00.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti