...

Azərbaycan DİN ərazi polis orqanlarının ayrı-ayrı cinayətlərlə mübarizədəki fəaliyyətindən narazıdır

Siyasət Materials 25 İyul 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı,25 iyul / , müxbir K. Zərbalıyeva/ Ərazi polis orqanlarında cinayətlərin ayrı-ayrı növləri ilə mübarizə, əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsində xidmətlərarası əlaqələr zəifdir.

Trend -un məlumatına görə, bunu cümə günü Daxili İşlər Nazirliyinin cari ilin 6 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında nazir müavini Vilayət Eyvazov deyib.

Nazir müavini son 14 ildə Azərbaycanda 21700 cinayətkar qrup və dəstə zərərsizləşdirildiyini deyib.

Bu müddətdə qanunsuz saxlanılan 37 minədək odlu silah yığılıb və odlu silahla törədilən cinayətlərin sayı 8 dəfə, qəsdən adam öldürmələr, quldurluq, soyğunçuluq və s. xüsusilə ağır cinayətlər 3 dəfə azalıb. Cari ilin 6 ayında cinayətlərin açılma faizi 90,4 faiz təşkil edib.

Eyvazov deyib ki, prokurorluq orqanları ilə əməkdaşlıq nəticəsində, ötən illərdən bağlı qalmış 174 cinayət açılıb.

Ağır və xüsusilə ağır cinayətlər törətmiş 401 nəfəri birləşdirən 138, o cümlədən 46 nəfərdən ibarət 10 mütəşəkkil cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Axtarışda olan 1530, o cümlədən MDB - də və digər xarici ölkələrdə gizlənmiş 64, dövlət hakimiyyəti əleyhinə törədilən cinayətlərə görə axtarılan 3 nəfər tutulub.

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən axtarışda olan 31 nəfərin və İnterpol üzvü olan ölkələr tərəfindən axtarılan 16 nəfərin yeri müəyyən olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti