...

Türkiyə xalqına qarşı terror aktı mübarizə əzmimizi daha da artıracaq – Türkiyə səfiri

Siyasət Materials 29 İyul 2008 17:43 (UTC +04:00)
Türkiyə xalqına qarşı terror aktı mübarizə əzmimizi daha da artıracaq – Türkiyə səfiri

Azərbaycan , Bakı, 2\iyul/ Trend , müxbir C.Babayeva/ "Türkiyə xalqına qarşı terror aktı terrorizmə qarşı mübarizə əzmimizi daha da artıracaq",- çərşənbə axşamı Azərbaycanın "İrəli" ümumespublika gənclər hərəkatının etiraz aksiyası keçirən üzvlərini qəbul edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.

Bazar günü saat 21:45 - də İstanbulda 10 dəqiqə fasilələrlə iki partlayış baş verib. Partlayışlar nəticəsində 16 nəfər həlak olub və 140 - dan çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.

"İrəli" hərəkatının bir qrup fəalı çərşənbə axşamı Türkiyənin Bakıdakı səfirliyinin binası qarşısında toplaşıblar. Onlar mülki şəxslərə qarşı terror aktlarını pisləyən çağırışlar səsləndiriblər. Gənclər terrorla mübarizədə Azərbaycan və Türkiyəni, səyləri birləşdirməyə çağırıblar.

Səfir hərəkatın etiraz bəyanatını qəbul edərkən gənc fəallara dəstəyə görə minnətdarlığını bildirib və terror aktının bütün türk dünyasının kədərinə səbəb olduğunu söyləyib. "Gənclərin sayəsində terrora qalib gələcəyik", - deyə Kılıc bildirib.

Səfir Azərbaycan prezidentinə, Türkiyə rəhbərliyinə terror aktı ilə bağlı verdiyi başsağlığına görə minnətdarlığını bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: trend

Xəbər lenti

Xəbər lenti