...

ATƏT müxalifət partiyalarını prezident seçkilərini boykot etməsinə görə pisləyir - Heyki Talvitiye (video)

Siyasət Materials 31 İyul 2008 02:09 (UTC +04:00)
ATƏT müxalifət partiyalarını prezident seçkilərini boykot etməsinə görə pisləyir - Heyki Talvitiye (video)

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir İ.Əlizadə, R.Novruzov/ ATƏT müxalifət partiyalarını prezident seçkilərini boykot etməsini görə pisləyir. Bu barədə çərşənbə günü ATƏT-in xüsusi nümayəndəsi Heyki Talvitiye bildirib.

"Partiyaların seçkilərdən imtina etməsi yaxşı deyil. Bizim işimiz ondan ibarətdir ki, hər iki tərəfi görüşdürüb problemləri aradan qaldıraq", deyə Talvitiye bildirib.

Onun sözlərinə görə, müxalifət liderləri hökümətlə görüşməli və öz iradalırını onlarla razılaşmalıdırlar. "İnsanlar ATƏT tənqid edirlər ki, təşkilat problemi həll etmək üçün səlahiyyətlərindən istifadə etmir. ATƏT yalnız məsləhət və kömək edə bilər", deyə Talvitiye əlavə etdi.

Trend -un arayışı: İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları isə seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər. Müxalif Vəhdət və Tərəqqi partiyaları da İlham Əliyevi müdafiə etmək barədə qərar verəcəklərini bildiriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə yekun qərar qəbul edib. Azərbaycanın Demokratik İslahatlar Partiyası prezident seçkisində müşahidəçi mövqeyi tutacağını bəyan edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti