...

BDH XİN rəhbərlərinin Tehranda keçirilən 15-ci iclası sona çatıb

Siyasət Materials 31 İyul 2008 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend / Bitərəf Dövlətlər Hərəkatına (BDH) üzv ölkələrin XİN rəhbərlərinin Tehranda keçirilən 15-ci iclasının sonunda üç sənəd, bir bəyanat və bir xüsusi məruzə təsdiq olunub. Bu barədə İranın "İRİNN" xəbər kanalı məlumat yayıb.

İclasın yekununda Tehran bəyannaməsi, İranın uranı zənginləşdirməsi ilə bağlı sülhməqsədli fəaliyyətinə dair sənəd və Zimbabveyə aid sənəd təsdiq olunub.

Həmçinin Fələstin komitəsi haqqında bəyanat da təsdiq olunub. 15-ci iclas çərçivəsində görülmüş işlər barədə xüsusi məruzə hazırlanıb.

Tehran bəyannaməsi 118 ölkəni təmsil edən XİN rəhbərləri və işçi qrupların 4 günlük fəaliyyətinin nəticəsi olaraq 3 fəsildə hazırlanıb və müxtəlif beynəlxalq mövzuları əhatə edir.

BMT-də əsaslı dəyişikliklərin aparılması, BMT Baş katibinin seçilməsi prosesinin dəyişdirilməsi, BMT TŞ-nin daimi və müvəqqəti üzvləinin sayının artırılması, BMT Baş Assambleyasının heyətində və sülhməramlı missiyasında əsaslı dəyişikliklər edilməsi, təhlükəsizliyin təmin edilməsi və terrorizmlə mübarizə məsələləri Tehran bəyannaməsinin tərkibini təşkil edir.

Bu sənəddə həmçinin İraqın işğalı, Əfqanıstan və Livan məsələsi, Colan təpələri və Fələstinin işğal olunması kimi mühüm məsələlər də yer alıb.

Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin XİN rəhbərlərinin15-ci iclası 27-30 iyul tarixində Tehranda keçirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti