...

Azərbaycan prezidenti kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 1 Avqust 2008 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust / Trend / Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə, Ramiz Əzizbəyli və Tofiq İsmayılov "Azərbaycan Respublikasının xalq artisti", Əbdüləhəd Mahmudov və Yavər Rzayev "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", Suğra Bağırzadə, Xalidə Quliyeva və Eldəniz Rəsulov "Azərbaycan Respublikasının əməkdar artisti", Fikrət Ələkbərov "Azərbaycan Respublikasının əməkdar rəssamı", 13 nəfər kino xadimi isə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Azərbaycanda avqustun 2-si Milli Kino Günü kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti