...

Azərbaycan tərəfi dörd əsir ermənini qaytarıb – Ermənistan mətbuatı

Siyasət Materials 4 Avqust 2008 13:44 (UTC +04:00)
Azərbaycan tərəfi dörd əsir ermənini qaytarıb – Ermənistan mətbuatı

"Armİnfo"nun verdiyi xəbərə görə, Azərbaycan tərəfi bazar ertəsi dörd əsir ermənini Ermənistana qaytarıb.

Əsirlərin qaytarılması prosesi bazar ertəsi saat 12:20-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində baş tutub. Əsirlərin qaytarılması tərəflərin apardığı danışıqlardan sonra baş tutub.

Aprelin 18-dən 19-na keçən gecə dörd Ermənistan vətəndaşı - Vanik Zmboyan (Qavar), Artyom Zoqrabyan (Noraduz), Karen Torosyan (Noraduz) və Ağası Enokyan (Noraduz) Azərbaycan tərəfinə keçiblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend -a bildiriblər ki, hazırda mətbuat üçün müvafiq məlumat hazırlanır. Müdafiə Nazirliyi hələ ki, məsələ ilə bağlı heç bir detalı açıqlamayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisindən Trend -a verilən məlumata görə, BQXK əsir ermənilərin qarşı tərəfə verilməsi prosesində iştirak etməyib. Belə ki, tərəflər vasitəçilik barədə xahişlə onlara müraciət etməyiblər və əməliyyatı özləri reallaşdırıblar.

Xəbər lenti

Xəbər lenti