...

Azərbaycanın prezidentliyə iddialı partiya sədrinin sənədləri yenidən MSK-ya təqdim olunub

Siyasət Materials 5 Avqust 2008 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir E.Babayev/Azərbaycanın müxalif Yaşıllar Partiyasının sədri Mais Güləliyevin prezidentliyə namizədliyinin qeydə alınması ilə bağlı müraciət sənədləri yenidən Mərkəzi Seçki Komissiyasına təqdim olunub. "MSK bizim sənədləri geri qaytarmışdı. Sənədlərə müvafiq düzəlişlər olunub və artıq MSK sənədləri qəbul edib", - çərşənbə axşamı Trend -a Güləliyev məlumat verib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Qanunvericiliyə görə, MSK beş gün müddətində irəli sürülmüş namizədin təsdiq olunub - olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. İrəli sürülmüş namizəd təsdiq edildikdən sonra ona seçici imzaları toplamaq üçün imza vərəqələri təqdim olunur.

Güləliliyev bildirib ki, sənədlərin geri qaytarılmasına səbəb namizədin adı, atasının adı və soyadı ilə yanaşı, bir sıra əlavə məlumatların göstərilməməsi olub. Belə ki, bununla yanaşı, namizədin pasportunun nömrəsi və başqa bu kimi məlumatlar da göstərilməliymiş.

Azərbaycanın Yaşıllar Partiyası 2007- ci ildə yaradılıb və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb. Partiyanın Ali Məclisi bu ilin aprelində prezident seçkisində öz namizədi ilə iştirak etmək barədə qərar qəbul edib. Ötən həftənin şənbə günü Güləliyevin namizədliyi rəsmən irəli sürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti