...

BTC-də partlayış PKK tərəfindən törədilmiş terror aktıdır

Siyasət Materials 6 Avqust 2008 19:03 (UTC +04:00)
BTC-də partlayış PKK tərəfindən törədilmiş terror aktıdır

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir S.İlhamqızı / Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyənin Ərzincan vilayətindən keçən hissəsində baş vermiş partlayış terror aktıdır. Bu barədə Türkiyənin Cihan Xəbər Agentliyi məlumat yayıb.

PKK terror təşkilatı bu hadisəni öz üzərinə götürüb. Cihanın məlumatına görə, təşkilat partlayışın sui - qəsd olduğunu və terrorçular tərəfindən həyata keçirildiyini bildirib.

Dünən gecə saatlarında BTC-nin Ərzincandan keçən hissəsində texniki nasazlıq üzündən 30 nömrəli nasosda partlayış baş verdiyi bildirilmişdi. Yanğın indiyədək davam edir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti