Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir R.Novruzov/ Azərbaycan həmişə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev Cənubi Osetiyadakı silahlı münaqişəni şərh edərkən bildirib.
Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü ordusu Tsxinvaliyə daxil olub. Daha sonra Rusiya qoşunları Tsxinvalini ələ keçirib və gürcü hərbiçilərini Gürcüstan ərazisinə sıxışdırıb.
Paşayevin sözlərinə görə, münaqişə nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işi üçün ciddi təhlükə yaranacağı təqdirdə, Azərbaycan öz neftinin dünya bazarlarına ixracı üçün yeni imkanlar axtarmağa başlayacaq.
Gürcüstanın MDB-nin tərkibindən çıxma istəyini şərh edən nazir müavini bildirib ki, bunun üçün hökumət və parlament səviyyəsində müzakirə olunan müvafiq prosedur var.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]