...

Azərbaycanda prezidentliyə iddialıların sayı 14 - ə çatdı

Siyasət Materials 14 Avqust 2008 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / Trend , E.Babayev/ Azərbaycanda daha iki nəfər prezident seçkisində namizədliyini irəli sürmək üçün sənədlərini bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə cümə axşamı Trend -a MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Sənədlərini MSK-ya təqdim edənlər "Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyev və "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyevdir.

Bu günədək 12 nəfər prezident seçkilərində iştirak etmək üçün sənədlərini MSK-ya təqdim etmişdi.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim) Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi) namizədliyini təsdiq edib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti