...

Qoriyə yerli əhalinin 80 faizi qayıdıb - qubernator

Siyasət Materials 19 Avqust 2008 14:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Qoriyə yerli əhalinin 80%-b qayıdıb, - bu gün "İmedi" radiosuna Şida Kartli regionunun qubernatoru Lado Vardzelaşvili deyib.

O qeyd edib ki, həyati əhəmiyyətli bütün obyektlər fəaliyyət göstərir. "Şəhərdə elektrik enerjisi və suyun verilməsi bərpa edilib, çörək bişirilir, həyat normal axarına qayıdır", - o deyib.

Qubernator vurğulayıb ki, gürcü tərəfi kəndlərə, o cümlədən osetin kəndlərinə elektrik enerjisini verməyə başlayıb. "Telefon rabitəsinin bir hissəsi bərpa edilib, kabel televiziyasını isə bərpa etməyə çalışırıq. Belə ki, Rusiya bombardmançılarının televiziya qülləsini tamamilə məhv etməsi səbəbindən, bu mərhələdə televiziya yayımının bərpası qeyri-mümkündür", - Vardzelaşvili bildirib.

Xəbər lenti

Xəbər lenti