...

Türkiyənin sabiq Baş nazirinin həbs cəzası ləğv edildi

Siyasət Materials 19 Avqust 2008 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir S.İlhamqızı/ Türkiyə prezidenti Abdullah Gül fəaliyyəti dayandırılmış Rifah Partiyasının keçmiş sədri, sabiq Baş nazir Nəcməddin Ərbakanın cəzasının çəkilməmiş hissəsini ləğv edib. Bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat yayıb.

Gül Ərbakanı uzun sürən xəstəliyinə görə ev dustaqlığından azad edib və sərəncamını Türkiyə Konstitusiyasının 104 - cü maddəsi ilə əsaslandırıb.

Bu il mayın 26 - da ev dustaqlığı cəzasına məhkum edilmiş Ərbakanın cəzası 2010-cu il sentyabrın 23 - də bitməli idi.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti