...

Rusiya üzərinə götürdüyü bütün öhdəlikləri icra etməlidir - Rays

Siyasət Materials 19 Avqust 2008 19:51 (UTC +04:00)
Rusiya üzərinə götürdüyü bütün öhdəlikləri icra etməlidir - Rays

Gürcüstan, Tbilisi, 19 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya üzərinə götürdüyü bütün öhdəlikləri icra etməli və Silahlı Qüvvələrini avqustun 6-dək olan mövqelərə qaytarmalıdır. Bu barədə Brüsseldə NATO -ya üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclasından sonra ABŞ -ın Dövlət Katibi Kondoliza Rays bəyanat verib. "Böhran başlayan vaxt Cənubi Osetiya və Abxaziyada olmuş bütün hərbi hissələr Rusiya ərazisinə qayıtmalıdır", - o vurğulayıb.

Rays Aİ-nin böhranın həllinə dair hazırladığı sənədi alqışlayıb və vurğulayıb ki, o "Avropada vəziyyətin qarantıdır". "Biz Avropada yeni ayırıcı xətlərin çəkilməsinə yol verməyəcəyik", - o bildirib.

Dövlət Katibi Alyansın Gürcüstan - NATO komissiyasının yaradılması haqqında qərarını dəstəkləyib və bəyan edib ki, bu, ikitərəfli münasibətləri dərinləşdirəcək və Gürcüstanın NATO-ya gələcək inteqrasiyasına yardım edəcək siyasi orqandır. "Gürcüstana bu ölkəyə dəymiş real zərəri tədqiq edəcək NATO ekspertlərinin göndərilməsi də ciddi addımdır", - ABŞ Dövlət Katibi bildirib.

Rays ATƏT-in Rusiya ilə münaqişə zonasına yüz müşahidəçinin göndərilməsi haqqında qərarının vacib olduğunu hesab edir. O vurğulayıb ki, yaxın vaxtlarda Abxaziya və Cənubi Osetiya üçün beynəlxalq qüvvələr yaradılacaq. "Bu, regionlar üçün zəruri neytral qüvvələrdir. Rusiya bu regionlarda münaqişə tərəfi olub və bu aydın görünür", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti