...

Rusiya hərbçiləri Qoridə dörd nəzarət-buraxılış məntəqəsini ləğv ediblər

Siyasət Materials 20 Avqust 2008 11:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Bütün gecə Qoridə Rusiya işğalçılarının hərəkəti müşahidə olunub. Şida Kartli regionu qubernatoru Lado Vardzelaşvilinin jurnalistlərə verdiyi məlumata görə, işğalçılar şəhərdə dörd nəzarət-buraxılış məntəqəsini ləğv ediblər.

Orada olan hərbi texnika və canlı qüvvə Qoridən çıxmaq üçün səhər saatlarından bir yerə cəmlənib. Güman olunur ki, bu gün onlar Tsxinvali istiqamətində hərəkət edəcəklər.

Gürcüstanlı jurnalistlərə hələ də çəkiliş üçün Qori şəhərinə daxil olmaq imkanı verilmir. Bu gün onlar xarici nümayəndə heyətləri ilə şəhərə daxil olmağa cəhd göstərəcəklər. Bu gün AŞ PA deputatları Matias Yorş və Kastrio İslam, həmçinin Almaniya XİN-in nümayəndə heyəti Qoriydə olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti