...

Azərbaycanda dini sabitliyi pozmaq istəyən qüvvələrin olması istisna deyil - parlamentin komissiya sədri

Siyasət Materials 21 Avqust 2008 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin İnsan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova ölkədə dini sahədə mövcud olan tolerantlığı və sabitliyi pozmaq istəyən qüvvələrin olduğunu istisna etmir.

"Ola bilər ki, sabitliyi pozmaqla öz maraq və planlarına uyğun olaraq, Azərbaycana təzyiq etmək istəyən qüvvələr var" - cümə axşamı Trend -a parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

Trend -un arayışı: Avqustun 17- də, saat 20.50 radələrində Bakıda, Ü. Bünyadzadə küçəsində yerləşən Əbu-Bəkr məscidində partlayış olub.

Naməlum şəxs məscidin pəncərə şüşəsini daşla sındıraraq iki ədəd RQD -1 əl qumbarasını məscidə atıb.Rəsmi məlumata görə, hadisə zamanı 2 nəfərin öldüyü, 11 nəfərin xəsarət aldığı bildirilir. Qeyri-rəsmi mənbələr 3 nəfərin öldüyünü deyir.

Komissiya sədri qeyd edib ki, Azərbaycanın belə təzyiqlərin qarşısını almağa imkanı var.

"Biz bilməliyik ki, Azərbaycanın uğurlarına sevinənlər olduğu kimi, bunu qəbul etməyənlər də var. Hər hansı bir cəhdə qarşı dərhal öz müqavimət qüvvəmizi səfərbər etməliyik" - Aslanova əlavə edib.

O bildirib ki, Azərbaycanda heç vaxt dinlərarası qarşıdurma və ziddiyyət mövcud olmayıb. Komissiya sədri deyib ki, "Dini etiqad azadlığı haqqında" Qanun bütün dini icma və təriqətlərin bərabər şəraitdə fəaliyyət göstərməsinə imkan verir: "Azərbaycana səfər edən din xadimləri ölkədə mövcud dini dözümlülük və modelin dünyaya nümunə olduğunu təsdiq edirlər. Əbu - Bəkr məscidində baş verən hadisə Azərbaycanda dinlər və təriqətlərarası münasibətlərə mənfi təsir göstərə bilməz".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti