...

Cənubi Osetiyada "bufer zonanın"müəyyənləşdirilməsi ATƏT sədrinin xoşuna gəlmir

Siyasət Materials 22 Avqust 2008 17:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 avqust/ Trend , müxbir N.Kirtsxaliya/"Cənubi Osetiya ətrafında bufer zona anlayışı"ATƏT-in fəaliyyətdə olan sədri, Finlyandiyanın XİN başçısı Aleksandr Stabbunun xoşuna gəlmir. Bu barədə o, Gürcüstan Xarici İşlər naziri Yekaterina Tkeşelaşvili ilə birgə mətbuat konfransında bəyan edib.

"Lakin atəşkəs razılaşmasında nəzərdə tutulmuş bu bənd Rusiya tərəfi ilə də müzakirə predmetidir", - o deyərək vurğulayıb ki, "Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı zona da müzakirə predmetidir".

"Qeyd etmək lazımdır ki, Fransa prezidenti Nikolya Sarkozi RF prezidenti Dmitri Medveyevin altı bəndlik razılaşma üzrə verdiyi şərhlə razı deyil və mən Sarkozini bu məsələdə dəstəkləyirəm", - deyərək qeyd edib ki, "konkret şərhlər vermək hələ tezdir".

Tkeşelaşvili qeyd edib ki, Fransa vasitəçi kimi, "bufer zona anlayışını dəqiq müəyyənləşdirib və orada stasionar nəzarət - buraxılış məntəqələrinin yaradılması nəzərdə tutulmayıb". "Təhlükəsizlik zonalarında NBM-nin yaradılması yox, yalnız patrul nəzarətinin həyata keçirilməsi nəzərdə tutulub və bu zonalar Tsxinvalidən 15 km-lik radiusda müəyyyən edilib , - o bildirib."

"Bu, müvəqqəti razılaşmadır və tezliklə bu format və zonalar üzərində nəzarət dəyişdirilməlidir", - nazir deyib.  

Xəbər lenti

Xəbər lenti