...

Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən neft platformalarında seçki məntəqələri yaradılacaq

Siyasət Materials 23 Avqust 2008 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust / Trend , müxbir E.Babayev/ Prezident seçkiləri ilə bağlı Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən neft platformalarında, səsvermə günü üzən gəmilərdə seçki məntəqələri yaradılacaq. Bu barədə şənbə günü Trend -a MSK-dan məlumat verilib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

MSK- dan bildirilib ki, gəmilərdə və neft platformalarında seçki məntəqələri seçicilərin sayı 50 - dən çox olduqda formalaşacaq. Xəstəxanalarda, istirahət evlərində də seçki məntəqələri yaradılacaq. Belə seçki məntəqələrinin yaradılmasında müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr iştirak edəcək. Hazırda bu istiqaəmətdə müəyyən işlərin aparılmasına başlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti