...

Almaniya Azərbaycanda keçiriləcək prezident seçkilərini ATƏT-in xətti ilə müşahidə edəcək

Siyasət Materials 25 Avqust 2008 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir V.Məmmədov/ Azərbaycanda keçiriləcək prezident seçkilərində Almaniya Federativ Respublikasının birbaşa müşahidəçiləri iştirak etməyəcək. "ATƏT üzvü kimi Almanyanın müşahidəçiləri ATƏT-in xətti ilə gələcək", - deyə Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stankina Trend -a bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Seçkiləri ATƏT-in 30 uzunmüddətli və 450 qısamüddətli müşahidəçisi izləyəcək.

Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdə iştirak etmək niyyətində olan 18 iddiaçının - Ümid Partiyasının sədri İqbal Ağazadənin, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim) Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi), "Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyevin və "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyevin, Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəylinin, o cümlədən namizədlikləri özləri tərəfindən irəli sürülən Arif Əliyevin və Əli Ağaevlinin, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlunun və müstəqil namizəd Fikrət Əhmədovun prezidentliyə namizədliyini təsdiqləyib.

MSK hazırki dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini rəsmən təsdiqləyib

Səfir həmçinin bildirib ki, Almaniya Azrbaycanda keçiriləcək prezident seçkilərində Azərbaycana heç bir texniki yardım göstərməyəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti