...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 26 Avqust 2008 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 25-də saat 22.50-dən 23.05-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, saat 23.50-dən 00.00-dək Xocavənd rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərdən, avqustun 26-da saat 01.15-dən 01.25-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.20-dən 01.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti