...

Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Rusiyanın mövqeyində heç bir dəyişiklik yoxdur - səfir

Siyasət Materials 26 Avqust 2008 21:30 (UTC +04:00)
Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Rusiyanın mövqeyində heç bir dəyişiklik yoxdur - səfir

Azərbaycan, Bakı, 26 avqust/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Rusiyanın əvvəllər bəyan etdiyi mövqeyində heç bir dəyişiklik yoxdur, - RF-nin Azərbaycandakı səfiri Vasili İstratov çərşənbə axşamı jurnalistlərə bildirib.

Avqustun 25 - də Federasiya Şurası və Dövlət Duması Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanınması məsələsi üzrə Rusiya Federasiyası prezidentinə müraciəti yekdilliklə dəstəkləyiblər. Çərşənbə axşamı RF prezidenti Dmitri Medvedyev Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.

İstratovun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında cari ilin iyulunda imzalanmış Bəyannamə öz qüvvəsini itirmir.

їCənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması qərarı gürcü hakimiyyətinin avqustun 8 - də Cənubi Osetiyada başladığı hərbi əməliyyat nəticəsində regionda yaranan konkret vəziyyətə toxunur. Bu qərar konkret ərazidə konkret vəziyyətlə əlaqədar qəbul edilibї, - İstratov bildirib.

Rusiyalı diplomat qəbul edilən qərarı sadə olmayan və çətin, lakin yaranmış vəziyyətdə yeganə mümkün qərar adlandırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti