Gürcüstan, Tbilisi, 27 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Yaxın günlərdə Gürcüstan parlamenti müxtəlif ölkələrin qanunverici orqanlarına Rusiya qoşunlarının tutduğu ərazilərin işğal olunmuş elan edilməsi ilə bağlı müraciət və qərar qəbul edəcək. Bu barədə beynəlxalq fraksiyanın işçi qrupunun iclasından sonra jurnalistlərlə söhbətində hüquq komitəsinin sədri Pavle Kublaşvili deyib.
Çərşənbə günü parlamentdə bağlı qapılar arxasında bu qrupun görüşü keçirilib. "Parlament bütün lazımi sənədləri hazırlayır və qərarın son variantının formalaşdırılmasına bir neçə gün lazım olacaq", - o deyib.
Kublaşvili qeyd edib ki, Gürcüstandakı hazırkı vəziyyət işğaldan başqa bir şey deyil.
"Bu bir ölkənin silahlı qüvvələrinin digər dövlətin ərazisini işğal etməsinin nümunəsidir", - deputat bəyan edib.
Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.
Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib.