...

Əhmədinejad Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında iqtisadi əlaqələrə dair təkliflərini bildirib

Siyasət Materials 28 Avqust 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend T.Cəfərov/ İran prezidenti Mahmud Əhmədinejad cümə axşamı Tacikistanın paytaxtı Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının səkkizinci iclasında çıxış edib.

Əhmədinejad bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr arasında olan ticari və iqtisadi əlaqələr bu ölkələrin pul vahidləri vasitəsilə həyata keçirilməlidir. Əhmədinejad bildirib ki, belə olduğu halda üzv ölkələrin pul vahidlərinin dəyəri qorunub saxlanılacaq. O əlavə edib ki, ŞƏT-ə üzv ölkələr uzunmüddətli plan və ticari əlaqələri həyata keçirmək məqsədilə vahid pul yaratmaq üçün layihə hazırlamalıdır.

Əhmədinejad Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin arasında ticari əlaqələrin yaxşılaşdırılması məqsədilə müştərək bankın yaradılması, qaçaqmalçılıq, narkotik maddələrin dövriyyəsi və terrorizmlə mübarizəyə qarşı ölkələrin təhlükəsizlik təşkilatları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı arzusunu da ifadə edib.

İran prezidenti həmçinin üzv ölkələr arasında siyasi proseslərin daim müzakirə olunması məqsədilə Müştərək Siyasi Komitənin yaradılması ilə bağlı istəyini də bildirib.

O, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr arsında ehtimal olunan münaqişə və problemlərin həlli üçün yeni bir qrumun yaradılması təklifi ilə də çıxış edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti