...

Qazaxıstan münaqişələrin regionda təhlükəsizliyə mənfi təsirindən narahatdır - səfir

Siyasət Materials 29 Avqust 2008 16:36 (UTC +04:00)
Qazaxıstan münaqişələrin regionda təhlükəsizliyə mənfi təsirindən narahatdır - səfir

Azərbaycan, Bakı, 29 avqust/ Trend , müxbir L.Əbdüləzimova/ Qazaxıstan münaqişələrin regionun təhlükəsizliyinə mənfi təsirindən narahatdır.  

"Astana regionun təhlükəsizliyinə mənfi təsir göstərən Gürcüstandakı vəziyyətin tezliklə tənzimlənməsində maraqlıdır", - cümə günü jurnalistlərə Qazaxısatnın Azərbaycandakı səfiri Serik Primbetov deyib.

Rusiya prezidenti Dmitri Medvedyev avqustun 26-da Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması barədə sərəncam imzalayıb.

Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması barədə qərarına tərəfdar çıxıb. Nazarbayev Qərbi "Gürcü silahlı qüvvələrinin Tsxinvaliyə etdikləri hücuma"etinasız yanaşmaqda günahlandırıb. "Biz hesab edirik ki, Rusiyanın bütün sonrakı hərəkətləri başıbəlalı şəhər əhalisinin müdafiəsinə istiqamətlənib. Cavab olaraq, Rusiya qırğına ya etinasız yanaşmalı və ya dayandırmalı idi", - cümə axşamı Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Nazarbayev qeyd edib.

Səfirin sözlərinə görə, Gürcüstandakı münaqişə Xəzər Dənizi regionu ölkələrinin iqtisadi vəziyyətinə mənfi təsir göstərib.

Qazaxıstanda Azərbaycanla TransQazaxıstan magistralının tikintisi birgə layihəsi üzrə iş aparılır. Layihənin məqsədi yüklərin Çindən Xəzər Dənizi və Qara Dəniz vasitəsilə Avropaya nəql edilməsidir. Bundan başqa, Azərbaycanda taxıl terminalı tikilib və istifadə edilməkdədir. Ora artıq 20 min ton taxıl çatdırılıb. Yaxın gələcəkdə dəyirman tikilməsi planlaşdırılıb.

Səfir Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilməsi layihəsindən də danışıb.  

Səfirin sözlərinə görə, Qazaxıstan prezidentinin Azərbaycana rəsmi səfəri türkdilli ölkələrin sammiti dövrünə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti