...

Rusiya Aİ-nin sammitinə ümid bağlayır

Siyasət Materials 29 Avqust 2008 17:24 (UTC +04:00)

Rusiya ümid edir ki, ağıl emosiyalara üstün gələcək və Aİ-nin üzvləri Gürcüstanda baş verənlərin birtərəfli qiymətləndirilməsindən imtina edəcəklər,- RF XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko cümə günü Moskvada brifinqdə bildirib, -"Vesti" telekanalı xəbər verir.

"Sammitə fəal hazırlıq aparılır. Fransanın sədrliyinin müsbət rolunu qeyd etmək istərdim", - Nesterenko bildirib.

"Biz Rusiyaya da, Aİ vətəndaşlarına da zəruri olan əməkdaşlığımızın davam edəcəyinə ümid edirik", - Nesterenko əlavə edib.

Aİ-nin növbədənkənar sammiti bazar ertəsi keçirilməlidir. Avropa İttifaqına üzv ölkələr sammitdə Qafqazdakı vəziyyəti və Avropa ictimaiyyətinin gürcü-osetin münaqişəsi zamanı Rusiyanın hərəkətlərinə cavab olaraq qəbul edəcəyi tədbirləri müzakirə etməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti