Gürcüstan, Tbilisi, 29 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ İqtisadi məsələlər üzrə ekspert Nodar Haduri güman edir ki, Avropa İttifaqının sentyabrın 1-nə təyin edilmiş xüsusi iclasında Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq ediləcək. Bununla yanaşı, o qeyd edib ki, Avropa İttifaqının rəhbərlərinin özləri də sanksiyaların necə olacağını hələ konkret bilməyiblər.
"Bu, birtərəfli proses deyil. Avropa bu sanksiyaların onun üçün necə nəticə verəcəyi barədə düşünür. Avropanın Rusiyanın neft məhsullarından imtinası onun üçün ən ağır zərbə olacaq, belə ki RF-nin iqtisadiyyatı iqtisadi fəallığa yox, qiymət artımına əsaslanır", - ekspert qeyd edib.
O, sərt sanksiyaların Rusiyanı qıcıqlandıracağını da istisna etmir."Dünyanın Gürcüstanı dəstəkləməsi Rusiyanı qıcıqlandırır. Lakin mədəni ictimaiyət bu gün Gürcüstanda cərəyan edən hadisələrin bütün dünyaya yayılmasına yol verməmək üçün, məhz indi sərtlik göstərməlidir", - Haduri bəyan edib.
Avqustun 8 - nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
Avqustun 12- də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.
Gürcüstan ərazisində Rusiyanın sülhməramlı qüvvələrini və beynəlxalq müşahidəçiləri saxlamaq qərara alınıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]