...

Demokratların ABŞ prezidentliyinə namizədi telefon söhbətində Gürcüstan prezidentinə dəstəyini ifadə edib

Siyasət Materials 4 Sentyabr 2008 13:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 sentyabr / Trend , müxbir N.Kirtsxaliya / Demokratlar Partiyasının ABŞ-ın prezident postuna namizədi Barak Obama Gürcüstan prezidenti Mixail Saakaşvili ilə telefon danışığı aparıb. Gürcüstanın Prezident Administrasiyasından verilən məlumat görə, Obama Gürcüstanda işlərin bugünkü vəziyyəti ilə maraqlanıb.

O, Gürcüstana dəstək göstərdiyini bildirib və qeyd edib ki, Demokratlar Partiyası ölkəni və onun xalqını bundan sonra da dəstəkləməyə hazırdır.

Obama ABŞ hakimiyyətinin Gürcüstana yardım formasında bir milyard dollar ayrılması barədə qərarını alqışlayıb.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti