...

Gürcüstanın keçmiş prezidentinin oğluna qarşı casusluq ittihamı irəli sürülüb

Siyasət Materials 4 Sentyabr 2008 16:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Gürcüstanın ilk prezidentinin ortancıl oğlu Tsotne Qamsaxurdiyaya qarşı casusluq və qanuni hakimiyyətin devrilməsi üçün əlbirlik üzrə iki ittiham irəli sürülüb. Bu barədə saxlanılmış şəxsin vəkili Keti Bekauri deyib.

Onun sözlərinə görə, Qamsaxurdiya susmaq hüququndan imtina edərək, ifadələr verir. "Lakin o, ittihamları rədd edir və özünü təqsirli bilmir", - vəkil bildirib.

Qamsaxurdiya dünən səhər Tbilisi aeroportunda Bakı vasitəsilə Moskvadan qayıdarkən həbs edilib. O, son illər Moskvada yaşayıb.  Oğul Qamsaxurdiya ötən ilin noyabrından axtarışda idi. Gürcüstanın Baş prokurorluğu onu dövlət çevrilişinə cəhddə günahlandırıb.    

Qamsaxurdiya Rusiyanın xeyrinə casusluqda günahlandırılır.

Xəbər lenti

Xəbər lenti