...

Azərbaycan Aktauda baş konsulluğunu açıb – səfir

Siyasət Materials 4 Sentyabr 2008 17:29 (UTC +04:00)

Qazaxıstan, Astana , 04 sentyabr / Trend , müxbir K.Konırova/? Azərbaycan Aktauda (Qazaxıstan) Baş konsulluğunu açıb. Azərbaycanın Aktaudakı baş konsulluğuna rəhbərlik edəcək Rəşad Məmmədov cümə axşamı Qazaxıstanın XİN rəhbərliyinə təqdim olunub. Bu barədə Trend -un xüsusi müxbirinə Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov bildirib.

Səfir bildrib ki, bu andan etibarən, Almatı və Astanadan sonra Qazaxıstanın xəritəsində üçüncü diplomatik şəhər, eyni zamanda ölkənin neft paytaxtı meydana gələcək.

Azərbaycanın Aktauda Baş konsulluğunun açılması ideyası ilk dəfə 2006 -cı ildə Aktauda keçirilən investisiya forumunda çıxışı zamanı səfir səsləndirib. "Aktau - Mərkəzi Asiyaya qapıdır və azərbaycanlılar üçün Qazaxıstan məhz bu şəhərdən başlayır. Azərbaycanın Qazaxıstandakı ən böyük diasporu burada yerləşir, bu diaspor hələ Sovet dövründən formalaşıb", - deyə diplomat qeyd edib.

"Azərbaycanın Aktauda Baş konsulluğunun açılması həmvətənlərimizin problemlərinin daha səmərəli və operativ həllinə imkan verəcək. Qazaxıstanda yaşayan azərbaycanlılar ölkənin bütün 14 regionu üzrə məskunlaşıblar ,onların hamısını əhatə etmək səfirlik üçün çətindir və iqtisadi cəhətdən mənfəətsizdir", - deyə Qəndilov bildirib.

Azərbaycanın baş konsulu cümə günü Manqistau vilayətinin hakimi Krımbek Koşerbayevə təqdim olunacaq.

Məmmədov əvvəllər Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq xidmətinə rəhbərlik edib, Azərbaycan XİN -in konsulluq idarəsi şöbəsinin müdiri işləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti