...

AŞ PA - da Gürcüstan - Rusiya münaqişəsi üzrə Alt Komitə yaradılıb

Siyasət Materials 5 Sentyabr 2008 17:40 (UTC +04:00)
AŞ PA - da Gürcüstan - Rusiya münaqişəsi üzrə Alt Komitə yaradılıb

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Gürcüstan-Rusiya münaqişəsi üzrə müvəqqəti xüsusi Alt Komitə yaradılıb. "Bu barədə qərar AŞ PA Büorsunun cümə günü Parisdə keçirilən iclasında qəbul olunub" - cümə günü Trend -a Parisdən telefonla AŞPA-nın vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Trend -un arayışı: Gürcüstan öz ərazi bütövlüyünü bərpa etmək üçün avqustun səkkizində Cənubi Osetiyada əməliyyat keçirib. Rusiya, buna cavab olaraq, Gürcüstan ərazisinə daxil olub. Hazırda beynəlxalq ictimaiyyət buna görə yaranan böhranlı vəziyyəti həll etməy? cəhdlər göstərir.

Seyidovun sözlərinə görə, Alt Komitəyə AŞPA- dakı siyasi partiyaların rəhbərləri və hər iki ölkə üzrə məruzəçilər daxil olacaq. Büronun qərarına əsasən, Alt Komitənin üzvləri yax?n vaxtlarda Gürcüstan və Rusiyaya səfər edəcəkl?r".

Onun sözlərinə görə, AŞPA -nın sentyabr sessiyasında Gürcüstan -Rusiya münaqişəsinə dair müzakirələr keçiriləcək. Vitse-prezident qeyd edib ki, bu, fövqəladə müzakirələr olacaq və cox guman ki, iki gün davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti