...

Varşavada Polşa Respublikasının yaradılması təntənəli surətdə qeyd ediləcək

Siyasət Materials 8 Sentyabr 2008 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr/ Trend , müxbir R.Novruzov/ Azərbaycan prezidenti Polşa Respublikasının yaradılması ilə əlaqədar yubiley bayramına dəvət edilib.

"Yubiley bayramları noyabrda keçiriləcək", - Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev bazaar ertəsi Varşavadan telefonla Trend -a bildirib.

Bayramlarda bir sıra dövlət başçılarının iştirakı planlaşdırılır.

Polşa parlament respublikasıdır. Ölkədə Polşa Xalq Respublikası seyminin 1952-ci il iyulun 22-də qəbul etdiyi Konstitusiya qüvvədədir. 1989-cu ilin dekabrında seym Konstitusiyaya bir sıra əhəmiyyətli dəyişikliklər edib: dövlətin yeni rəsmi adı Polşa Respublikası kimi təsdiqlənib, Polşanın ictimai-sosial quruluşunu və iqtisadi sistemini sosialist yönümlü elan edən əsasnamələr aradan qaldırılıb. Dövlət başçısı ümumxalq və gizli səsvermə ilə birbaşa seçkilər yoluyla 5 il müddətinə seçilən prezidentdir.

Qanunverici hakimiyyət seym və senatdan ibarət iki palatalı parlament (Milli Yığıncaq) tərəfindən həyata keçirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti