Azərbaycan, Bakı, 08 sentyabr/ Trend /Rusiya ATƏT-in Qafqaza müşahidəçilərin göndərilməsi qərarına tərəfdardır, - bazar ertsəi Moskvada brifinqdə çıxış edən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Nesterenko deyib, - "Vesti"telekanalı xəbər verib.
"RF təəssüf edir ki, Aİ xarici işlər nazirliklərinin rəhbərləri Qafqazdakı böhranın səbəbinə qiymət verməyiblər. Moskva Avropa İttifaqının Tbilisidə muxtar missiyasının yerləşdirilməsinin əleyhinədir", - Nesterenko bildirib. Onun sözlərinə görə, Aİ və RF arasında münasibətlərin inkişaf etdirilməsinə tərəfdar olanlar çoxdur.
Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.
Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib.