Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin vitse-spikeri Valeh Ələsgərov hesab edir ki, region ölkələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın olması üçün bölgədə sülh olmalıdır.
"Reqionda baş verən son hadisələr göstərdi ki, sülhə qəsd edənlər bununla heç nəyə nail ola bilmirlər", - Ələsgərov çərşənbə axşamı Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iqtisadiyyat, ticarət, texnologiya və ekologiya komitəsinin 31-ci iclasında bildirib.
Trend -un arayışı: Komitənin iclasında təşkilata üzv olan 12 ölkədən 9-nun nümayəndələri iştirak edir. Ermənistan, Ukrayna və Albaniya nümayəndələri iştirak etmir. İclasda Qara dəniz regionu ilə Ümümdünya Ticarət Təşkilatı arasında əməkdaşlıq müzakirə olunur.
Ələsgərov qeyd edib ki, bölgədə sülhə qəsd edənlər özlərini inkişafdan kənarda saxlayırlar.
"Çalışmaq lazımdır ki, bölgədə sülh və sabitlik təmin edilsin və bunun sayəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq qurulsun", - deyə o əlavə edib.
O qeyd edib ki, Azərbaycan sabitlik nəticəsində inikşafa nail olmağın mümkünlüyünü isbat edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]