...

Azərbaycan Mərkəzi Seçki Komissiyası deputatın mandatına xitam verib

Siyasət Materials 9 Sentyabr 2008 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komssiyası (MSK) çərşənbə axşamı keçirdiyi iclasda parlamentin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədr müavini Azər Əmiraslanovun deputat mandatına xitam verib.

"Azər Əmiraslanov Azərbaycan Prezidenti İcra Aparatının aqrar siyasət məsələləri şöbəsinin müdiri təyin olunub. Qanuna görə, icra hakimiyyəti orqanında vəzifə tutan şəxs qanunverici orqanın üzvü ola bilməz" - MSK-nın çərşənbə axşamı keçirilən iclasında komissiyanın katibi Natiq Məmmədov bildirib.

Trend -un arayışı: Prezident İlham Əliyev deputat Azər Əmiraslanovun Prezidentin İcra Aparatının aqrar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.Əmiraslanov 2005 - ci ildə 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib. Azərbaycan Dövlət İqtisad İnstitutunun məzunu olan 37 yaşlı Əmiraslanov iqtisad elmləri namizədidir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyası sədrinin müavini olan Əmiraslanov ARDNF-nin Müşahidə Şurasının üzvü, İqtisadi İslahatlar Fondunun prezidenti, ABŞ -ın Milli İqtisadçılar Klubunun üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti