Gürcüstan, Tbilisi, 10 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya Ümumdünya Həmkarlar İttifaqları Federasiyasından çıxarıla bilər. Bu məsələ Avropa Həmkarlar İttifaqları Regional Şurasının Budapeştdə keçirilən iclasında artıq müzakirə olunub.
Gürcüstan İctimai Televiziyasının verdiyi xəbərə görə, Rusiya tərəfi Abxaziya və Cənubi Osetiya Həmkarlar İttifaqlarına pul yardımı ayrılmasını tələb edib, buna isə sərt mənfi reaksiya göstərilib.
Rusiyanın Federasiyadan tam olaraq çıxarılması məsələsi Aİ Həmkarlar İttifaqları sədri Con Munksın Gürcüstana səfərindən sonra həll olunacaq.
O, Tbilisiyə sentyabrın sonunda səfər edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]