...

Hindistan vətəndaşından hədə-qorxu yolu ilə pul alan Bakı sakini tutulub

Siyasət Materials 10 Sentyabr 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 10, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakıda Hindistan vətəndaşından hədə-qorxu yolu ilə xeyli miqdarda pul alan Bakı sakini tutulub.

Xətai rayon Polis İdarəsinin (RPİ) 37-ci polis bölməsindən çərşənbə günü Trend -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsi (182.2.4-cü) maddəsi ilə barəsində axtarış elan olunan Bakı sakini Orxan Ramazanov bu gün Ukraynadan Bakıya gələrkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.

Polis bölməsindən bildiriblər ki, Ramazanov avqustun 25-də Hindistan vətəndaşı Jayont Laşan Daniyə hədə-qorxu gələrək, zor tətbiq edib və ondan 7500 manat pul alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti