...

Dünyada yaranan yeni təhlükəsizlik mühitində qadınların rolu Bakıda müzakirə olunub

Siyasət Materials 11 Sentyabr 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Dünyada baş verən son proseslər onu göstərir ki, bəşəriyyət hələ də müharibə və digər təhlükələrlə üz-üzədir. "Müharibələrə rəvac verənlər isə özlərini dünyaya sülhpərvər kimi göstərirlər", - deyə cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu" mövzusunda Bakıda keçirilən konfransda Azərbaycan parlamentinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirib.

Trend -un məlumatına görə, konfransda yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu müzakirə olunub. Konfransda Türkiyə, Norveç, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən qadın siyasətçilər, deputatlar iştirak ediblər.

Muradova hesab edir ki, demokratiya adı altında müstəqil dövlətlərin əraziləri işğal edilir, insanlar kütləvi şəkildə qətlə yetirilirlər.

"Bu müharibələrin əsas səbəblərindən biri neft və qaz əldə etməkdir", - deyə vitse-spiker əlavə edib.

O bildirib ki, Azərbaycan sürətlə inkişaf etməklə dünyanın iqtisadi, siyasi və təhlükəsizlik mərkəzinə çevrilməkdədir: "Azərbaycan sürətli inkişaf nəticəsində əldə etdiyi nailiyyətləri sülh naminə istifadə etmək istəyir".

YAP Siyasi Şurasının üzvü, deputat Məlahət Həsənova deyib ki, qadınların siyasi proseslərdə rolunun artırılması vacibdir.

Türkiyə Baş nazirinin müşaviri Əzizə Sibel Könül bildirib ki, belə konfransların keçirilməsi ilə dünya siyasətində qadınların rolunu artırmaq mümkündür. Onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə Türkiyə parlamentində qadınların say artıb. Hazırda parlamentdə 50 qadın deputat təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti