...

İsrail və Fələstin Muxtariyyəti sülh müqaviləsi bağlamaq şansını qıçırdılar - Xavyer Solana

Siyasət Materials 12 Sentyabr 2008 19:49 (UTC +04:00)
İsrail və Fələstin Muxtariyyəti sülh müqaviləsi bağlamaq şansını qıçırdılar - Xavyer Solana

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə Ali komissarı Xavyer Solana Annapolisdə keçirilən konfransdan bu günədək İsrail və Fələstin arasında aparılan sülh danışıqları ilə bağlı kəskin tənqidi çıxışlar edir. Bu barədə cümə günü "Ha-Aretz" qəzeti xəbər verib. Solana bildirib ki, danışıqlar olduqca ləng gedir.

Ali komissar cümə günü İsrail və Fələstin Muxtariyyətinə səfərə gəldikdən sonra "Ha-Aretz" qəzetinə verdiyi müsahibəsində 2008-ci ilin sonunadək sülh sazişinin əldə ediləcəyinə şübhə etdiyini bildirib. Aİ-nin xarici siyasət üzrə Ali komissarı qeyd edib ki, tərəflər danışıqlarda irəliləmək üçün nə qədər çox gözləsələr, bir o qədər az şeyə nail olacaqlar.

"Çünki az vaxt qalıb, razılığa gəlmək çətin olacaq", - deyə Solana danışıqlara münasibət bildirib və qeyd edib ki, "biz təkana dəstək verməliyik". Solananın fikrincə, tərəflər yubandılar və şanslarını qaçırdılar. "Hər şeyin itirilmədiyinə yalnız ümid etmək qalır, lakin 2009-cu ildə nəsə etmək olduqca çətin olacaq", - o yekunlaşdrıb.

Aİ-nin Xarici Siyasət İdarəsinin rəhbəri Solana cümə günü, sentyabrın 12-də Yaxın Şərqə rəsmi səfərə gəlib. O, səfər zamanı İsralin xarici işlər naziri Tsipi Livni və Parlament Assambleyasının sədri Əbu Mazen ilə görüş keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti